Bir ailənin 4 üzvü eyni gündə dəfn edildi - Qəza qurbanları - FOTO

İyunun 17-nə keçən gecə Şəmkirdə baş vermiş dəhşətli yol qəzasında vəfat edən bir ailənin 4 üzvü bu gün dəfn edilib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralında “VAZ 2106” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində ölən 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova və gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova Yeni Həyat kəndinin məzarlığında yanaşı, R.Həsənovanın qızı 1980-ci il təvəllüdlü Xanım Bayramova isə Gəncədə dəfn edilib. Bildirilir ki, ailə üzvləri Gəncə hava limanı yaxınlığında özlərinə məxsus soğan sahəsində alaq təmizləməkdən gəlirmiş. Hadisə zamanı ailənin daha 3 üzvü də yaralanıb ki, bunlar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramovdur. Həmçinin “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarov da yaralanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
11:19
Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 16-da saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndində rayon sakini İltizam Həsənovun idarə etdiyi “VAZ-21063” və Kəlbəcər rayon sakini İntiqam Muxtarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Həsənov və sərnişinləri - arvadı Həmidə, qızı Xanım, oğlu Ramin, nəvələri Vahid, Röyal və gəlini Aynurə Həsənova, habelə İ.Muxtarov xəstəxanaya yerləşdirilmişlər. Sürücü İ.Həsənov, Həmidə, Xanım və Aynurə orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA















