Bir ailənin faciəsinə səbəb olan qəza ilə bağlı - Hökm oxundu - FOTO - VİDEO

Oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində dəhşətli yol qəzası törətmiş 1999-cu il təvəllüdlü İlkanə Əhmədovanın məhkəməsi başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, idarə etdiyi “Chevrolet” markalı avtomobili yolun sağında dayanmış “Audi” və “Mitsubishi” markalı maşınlara çırpan və “Mitsubishi”nin sürücüsü Fəxri Umudovun ölümünə səbəb olan İ.Əhmədova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə İ.Əhmədova hadisə vaxtı üzərinə başqa maşının gəldiyini görərək maşını sağa çəkdiyini və idarəetməni itirərək iki avtomobili vurduğunu deyib. Onun sözlərinə görə, qəzadan sonra özünü pis hiss edib və təcili tibbi yardım maşını ilə xəstəxanaya gedib.
Həmçinin istintaq zamanı İ.Əhmədovanın mərhum F.Umudovun ailəsi ilə barışdığı, dəymiş ziyanı ödədiyi məlum olub.
İfadə verən F.Umudovun atası 24 yaşlı xanım sürücüdən şikayətçi olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin 22 fevral tarixli hökmü ilə İ.Əhmədovaya 1 il 6 ay avtomobil idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
Xatırladaq ki, dəhşətli qəzadan sonra mərhum Fəxri Umudovun həyat yoldaşı, Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Onların 2 yaşlı övladı qalıb.


Qafqazinfo
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu açıqladı
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub - CƏDVƏL
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı










