Bir ay əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Bir ay əvvəl avtoqəza nəticəsində xəsarət alan Lənkəran sakini xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Lənkəran rayon Türkəkəran kənd sakini, 41 yaşlı Əzizov Nadir Əyyub oğlu həkimlərin səyinə baxmayaraq, bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçinib. Belə ki, xəstə bir müddət Bakıda müalicə alsa da, noyabrın 22-də yenidən Lənkərana gətirilib. Müalicəsi burada davam etdirilib. Xəstəxanadan verilən məlumata görə, N.Əzizov mədə-bağırsaq qanaxmasından ölüb. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Xatırladaq ki, N.Əzizovun xəsarət aldığı avtoqəza bu il noyabrın 12-də Astara rayonunun Ərcivan qəsəbəsində yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb. Baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, daha 5 nəfər xəsarət almışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












