Bir ayda 2-3 dəfə cərimələnən sürücü: "Əməlli-başlı bezmişəm" - VİDEO

Bakı sakini Xuraman Əkbərova idarə etmədiyi avtomobilə görə onun ünvanına cərimə protokolu gəlir. Bunu Xuraman Əkbərova özü deyir.
O bildirir ki, sürət həddinin aşılmasına görə ayda ən azı 2-3 dəfə elektron qaydada cərimə edilir. Həmin cərimə protokolları isə onun sahibi olduğu maşına deyil, başqa avtomobilə yazılanlardır.
O, bu barədə dəfələrlə aidiyyəti üzrə Baş Dövlət Yol Polisi İdarəsinə yazılı müraciət etdiyini deyir. Xuraman Əkbərovanı narahat edən başqa bir məsələ həmin sürücünün törədə biləcəyi ağır hadisələrdir.
Sürücü iddia edir ki, hazırda başqa sürücünün törətdiyi inzibati xətanın iki elektron protokolu ona tərtib edilib. Sürücünün üzləşdiyi problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.

İdarənin əməkdaşı Mübariz Ağayev dedi ki,''Mercedes”ə tərtib olunmalı olan cərimənin “Ford”a yazılması texniki səhvdir. Bununla bağlı müraciətə reaksiya verildi. Dərhal yanlışlıq aradan qaldırıldı. “Mercedes” markalı avtomobilin nömrəsindəki nasazlığa görə həmin avtomobil axtarışa verildi''.
Mübariz Ağayev onu da əlavə etdi ki, bütün sürücülər avtomobilin dövlət nömrə nişanına vaxtaşırı nəzarət etməlidirlər.
Ətraflı videomaterialda.
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB











