Bir ayda 800 nəfərə yaxın şəxs sərhədi pozduğu üçün saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin may ayı ərzində qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 23 halda 28 nəfər saxlanılıb, onların 19 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri İran İslam Respublikası, 3 nəfəri Nigeriya, 2 nəfəri Özbəkistan, 1 nəfəri Gürcüstan vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 3 halda 7 nəfər, Xəzər dənizində 30 halda 52 nəfər, Sərhəd Nəzarət Məntəqələrində 489 halda 704 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 406 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 4 kiloqram 251 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 5-də Lerik rayonunun Xocadoy kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 2 ədəd bağlamada 1000 qutu "X-3" markalı siqaret, 1550 qram həşiş, 500 qram heroin, may ayının 10-da Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 2 ədəd bağlamada ümumi çəkisi 1095 qram həşiş aşkar olunaraq götürülüb.
May ayının 15-də "Biləsuvar" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçmiş Culfa rayon sakini Babayev Ramin Fəxrəddin oğlunun idarə etdiyi "Chery" markalı, Az 85-GO-841 dövlət qeydiyyat nömrəli avtomobilə baxış zamanı 724 qram marixuana aşkarlanaraq götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 99 halda ümumi dəyəri təqribən 509 min 347 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 qutu pnevmatik silah patronu, 1 ədəd metal axtaran detektor, 6 kiloqram qızıl külçə, 564 qram qızıl məmulatı, 41029 qutu müxtəlif markalı siqaret, 62 ədəd mobil telefon, 32 baş xırdabuynuzlu heyvan, 7 ədəd qayıq, müxtəlif növ dərman preparatları və s. saxlanılıb.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










