Bir ayda yollarda itirdiklərimiz: 43 ölü, 147 yaralı

Bu ilin yanvar ayı ərzində respublika ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 43 nəfər ölüb, 147 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 68 fakt (32,7%), həlak olanların sayı 31 nəfər (41,9%), yaralananların sayı 68 nəfər (31,6%) azalıb. Bakı şəhəri ərazisində 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 12 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 30 fakt (39%), 12 nəfər (57%), 30 nəfər (38,5 %) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 35%-i (49 hadisə, 17 ölüm, 59 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (31 hadisə, 12 ölüm, 26 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 17,1%-i (24 hadisə, 4 ölüm, 32 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,8%-i (4 hadisə, 1 ölüm, 3 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 38,5%-ni (55) piyadaların vurulması təşkil edib. Nəticədə 22 piyada ölüb, 34-ü xəsarət alıb. 2 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər uşaq və yeniyetmə ölüb, 10 nəfər xəsarət alıb.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










