"Bir az sürdüm, sonra satammadım": Maşın oğruları saxlanıldı - VİDEO

Abşeronda bir neçə vətəndaşın şikayəti əsasında polis avtomobil oğurlayan şəxsləri ifşa edib. Əməliyyatçılar 3 nəfəri ehtiyat hissələrini satanda iş başında saxlayıb. Avtosfer.az xəbər verir ki, avtomobilləri oğurlayıb daha sonra onları hissələrə bölüb satan şəxslər saxlanılıb. Qobu və Atyalı qəsəbəsinin 3 sakini Abşeron rayon polis idarəsinə məlumat veriblər ki, VAZ-2107, VAZ-2104, və VAZ-2106 markalı avtomobilləri yaşadıqları evin yaxınlığından qaçırılıb.
Polis yanvar ayından daxil olan şikayət əsasında axtarış tədbirlərinə başlasa da iki gün əvvəl Ayxan Səfərov, Şəhriyar Xudiyev və Elgün Hüseynovu şübhəli şəxs qismində saxlayıb. Onlar həmin avtomobillərin ehtiyat hissələrini satarkən yaxalanıblar. İdarəyə gətrilən hər üç şəxs əməllərini etraf ediblər. Ayxan Səfərovun sözlərinə görə avtomobilləri qaçırmağı onlara Elgün Hüseynov təklif edib.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvlərindən Şəhriyar Xudiyev özü tək də belə cinayət törədib.
Dəstə üzvləri daha sonra qaçırdıqları avtomobillərin bəzilərinin ehtiyat hissələrini və aksesuarlarını söküb satmaq niyyətinə düşüblər. Onlar vaz-2107-nin maqnitafon və akkumuliyatorunu satarkən polis onları yaxalayıb.
Qeyd edək ki, saxlanılanlardan Elgün Hüseynov 32 illik ömrünün 10 ilini müxtəlif cinayətlərə görə həbsdə keçirib. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıbi, istintaq davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












