Bir cinayətin izi ilə daha ikisi açıldı

İyunun 9-da paytaxtın Səbail rayonunun İçərişəhər ərazisində yaşayan Aleksandr Sabrıkin DİN-in "102 Zəng Mərkəzi"nə müraciət edərək evindən açıq qalmış qapıdan girməklə pulunun və mobil telefonunun oğurlanması barədə məlumat verib. Hadisə yerinə 9-cu Polis Bölməsinin əməliyyat qrupu gəlib. Əldə edilən əməliyyat məlumatları əsasında oğurluğun zərərçəkmişin köhnə tanışlarından biri Fuad adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib və görülmüş tədbirlərlə o saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun iyunun 7-də Faiq adlı şəxslə birgə Bakı şəhər sakini Aleksandr Anfinogenova məxsus velosipedi oğurlaması da müəyyən edilib.
Maştağa qəsəbəsində yaşadığı dəqiqləşdirilən Faiq Əliyev də əməliyyatçılar tərəfindən tutularaq Polis Bölməsinə gətirilib. O, həmin velosipedi bazara aparıb tanımadığı şəxsə satdığını etiraf edib.
Ətraflarında aparılan tədbirlərlə onların birlikdə fevral ayının 9-da paytaxt sakini Azad Ağaşova məxsus evdən kabel və inşaat materialları oğurlamaları, onu əlvan metalların qəbulu məntəqələrindən birində satmaları da müəyyən edilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












