Banner

"Bir gün şəhər tam dayanacaq" - AYNA-ya və yol polisinə … - VİDEO

Gündəm 15 Oktyabr 2024 21:27 Oxunub 4316
"Bir gün şəhər tam dayanacaq" - AYNA-ya və yol polisinə … - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Heç kim bizə hesabat vermir. Məsələn Yusif Səfərov küçəsi. Yusif Səfərov küçəsində mərkəzdə park var idi. Parkı yıöşdırdılar, zolağı artırdılar. Dedilər ki, tıxac olmayacaq. Tıxac varmı? Var!”.

Avtosfer.az xəbər verir ki, bu sözləri tanınmış avtomobil blogeri Tural Yusifov bildirib.

O xüsusi olaraq vurğulayıb ki, “İndi sual olunur. Bu təklifi verən, bizi tıxacdan “azad etməyə” söz verən adam hardadır və niyə bununla bağlı o, heç bir açıqlama etmir. Üzr də istəmir.

Biz şəhəri korladıqdan sonra AYNA-ya və yol polisinə deyirik ki, “Düzəlt!”. Korlayanlar isə üzr istəmir. Bir gün şəhərdə elə bir tıxac olacaq ki, nə qabağa gedə biləcəyik, nə dala. Nə də qapını aça biləcəyik. 3-4 saat şəhər dayanacaq. Həəə… Məhz ondan sonra artıq Bakı şəhərinin baş planı ilə bağlı əmr olacaq. Ondan sonra ictimai nəqliyyata büdcə veriləcək. Yəni, çox çeşidli ictimai nəqliyyat olacaq. Bu şəhərin adamlarını ya avtobus daşıyır, ya da metro. Bu absurddur və həmçinin ayıbdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh