Bir gündə 2 PUA itirən ermənilər faktı inkar etməyə çalışırlar

"Dekabrın 12-də cəbhə xəttinin müxtəlif istiqamətlərində 2 ədəd pilotsuz uçuş aparatını itirən erməni tərəfi hər zaman olduğu kimi absurd bəhanələr gətirməklə real faktı növbəti dəfə inkar etməyə çalışır". Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib. Məlumatda qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi utanmadan onlara məxsus vurulmuş PUA-ları bu dəfə guya “Azərbaycanlı uşaqların oyuncaqları” kimi qələmə verir: "Halbuki bu vaxtadək elə Yerevanın müxtəlif səviyyəli rəsmiləri özləri etiraf edərək Ermənistan ordusunun təminatına küstar üsulla və əldəqayırma pilotsuz uçuş vasitələrinin daxil edilməsi barədə dəfələrlə məlumatlar səsləndiriblər".
"Fotonun sol və sağ künclərində pərlərdən də göründüyü kimi, bu foto Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatlarından birindən əldə edilib. Fotoda PUA uçuşa buraxılmadan əvvəl aparatı idarə etmək üçün əlində pult olan hərbi qulluqçu və onun ətrafına toplaşan digər hərbçilərin prosesi izləməsi təsvir olunub. Bu bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün fəaliyyətlərini yalnız yalan və saxtakarlıq üzərində qurmaqla dünya ictimaiyyətini aldatmağa cəhd göstərirlər" - Müdafiə Nazirliyindən vurğulanıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












