Bir hakim işdən çıxarıldı, digərinin səlahiyyətinə xitam verildi

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub. Avtosfer.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında deyilib İclasda ötən il hakimliyə namizədlərin seçimi prosesinin davam etdiyi, şəffaf prosedurlarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizədin 2017-ci ilin yanvar ayından uzunmüddətli tədrisə cəlb edildiyi vurğulanıb. Kurs zamanı onların beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm verilib, bütün hakimliyə namizədlər Türkiyədə, habelə Avropa İnsan Hüquqları Məhkəməsində nəzəri və praktiki təlimlər keçiblər.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












