“Bir il idi ki, pilot işləyirdi, işini çox sevirdi...” - FOTO - VİDEO

“Hadisədən bir gün öncə mənə vatsapda yazdı və dedi ki, onu reysə təyin ediblər. Onu həmişə hansısa reysə təyin edəndə məni xəbərdar edirdi ki, ana, mən ora uçuram, gəliş vaxtı filan vaxt. Həmişə qayıdanda yazırdı ki, mən evə çatdım, narahat olma”.
Avtosfer.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova bildirib.
O, oğlunun cəmi bir ildir ki, işlədiyini, işini çox sevdiyini deyib: “Bir il işlədi və məzuniyyətə çıxdı. Bu onun ilk məzuniyyəti idi. Mənə zəng vurmuşdu, deyirdi ki, məzuniyyəti Avropada keçirmək istəyirəm, Fransanı seçmişəm. Dedim ki, əlbəttə, Saşa, sənin bir ilin çox gərgin olub. Onun çox sıx cədvəli var idi. Dedim ki, sən bunu qazandın, buna layiqsən. Məzuniyyətdən qayıtdı, cəmi bir həftə idi ki, işləyirdi. 2013-cü ildən bu peşə üzrə oxuyurdu, işini çox sevirdi. Ümumiyyətlə, işi haqqında çox danışan deyildi. Cəmi bir il idi ki, uçurdu. Hər dəfə fərqli kapitanlarla uçuş həyata keçirirdi...”
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan “Embraer 190” təyyarəsi dekabrın 25-də fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva da var.
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO












