"Bir manat veririk, ayaq üstə gedirik" - Sərnişinlərdən şikayət - VİDEO

Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkət edən 120E nömrəli ekspres marşrut xəttinin fəaliyyəti sərnişinlərin narazılığına səbəb olub.
Vətəndaşlar bununla bağlı şikayətlərini Baku TV-yə bildiriblər.
Sərnişinlərdən biri qeyd edib ki, işdən yorğun halda qayıdarkən uzun müddət avtobus gözləməli olurlar:
"İşdən yorğun-arğın gəlib saatlarla dayanacaqda avtobus gözləyirik. Avtobus gələndə isə bir manat pul versək də, ayaq üstə getməli oluruq", - sərnişinlərdən biri narazılığını dilə gətirib.
Digər bir sərnişin isə bildirib ki, avtobusların tutumu tələbatı ödəmir:
"Vəziyyət çətindir. Avtobuslar bir az böyük olsa, daha rahat olar. Ayağım zədəlidir və ayaqüstə getmək mənim üçün çətindir".
Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, 120E nömrəli ekspres marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 10 avtobusla həyata keçirilir və avtobuslar 14 dəqiqəlik intervalla hərəkət edir. Qurumun Monitorinq Mərkəzinin son üç günlük müşahidələrinə əsasən, marşrut üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb. Bununla yanaşı, səhər və axşam pik saatlarında marşrutun keçdiyi Puşkin və Afiyəddin Cəlilov küçələrində yaranan nəqliyyat sıxlığı intervalların müvəqqəti olaraq artmasına səbəb ola bilər. "BakuBus" MMC sərnişinlərdən pik saatlarda yaranan bu vəziyyətə anlayışla yanaşmağı xahiş edib.
Ətraflı süjetdə:
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ










