Bir neçə avtomobil yolunda hərəkət bərpa edilib - YENİLƏNİB - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 14:00-a olan vəziyyəti açıqlayıb.
Qurumdan verilən məlumata görə:
“Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy, Qobustan-Çalo-Cəyirli-Xilmilli-Sündü avtomobil yolları və Murovdağda (Ömər aşırımı) qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar AAYDA tərəfindən müvafiq tədbirlər görülüb. Bu istiqamətdə işlər davam etdirilir”.
Qurumdan sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunub.
***
Qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə yollardakı son vəziyyəti açıqlayıb.
Agentlikdən Avtosfer.az-a verilən xəbərə görə, hazırda “ZƏFƏR yolu”na qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.
Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Füzuli-Hadrut: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür.
Bakı - Quba: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Xınalıq kəndi istiqamətində yol boyu qar yağır. Yolun 18-26 km hissəsində 16-18 sm qar var. Havanın hərarəti gecə mənfi 12, hal-hazırda mənfi 8 dərəcədir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Giləzi - Xızı: Qar yağır, 8 dərəcə şaxta var. Xızı şəhərinin ərazisində 12 sm qar var. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı-Qobustan: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Qobustan - Şamaxı - Muğanlı: Qar yağır, 3-4 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu-Yevlax: Qar yağır, 3-4 dərəcə şaxta var. 131-km dən 143-km dək yolun hərəkət hissəsində problem yoxdur. 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Muğanlı - İsmayıllı: Qar yağır, 4-6 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Qar yağır. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 3-7 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Yevlax - Şəki: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki - Qax - Zaqatala: Qar yağır, 2-3 dərəcə şaxta var. Yolar qardan təmizlənir, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy: Qar yağır, 4-5 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Gəncə - Daşkəsən: Qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Ələt - Astara: Qar yağır, 4-5 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: Masallı rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində qar yağır, 8-9 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində sulu qar yağır. Lerik rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO











