Bir neçə müntəzəm avtobus marşrutu MÜSABİQƏYƏ ÇIXARILIR

Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Ağdaş, Bakı-Kürdəmir, Bakı-Cəlilabad, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir, Şəki-Oğuz, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş, Neftçala-Salyan və Salyan-Neftçala şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sənədlər 25 yanvar 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Astara, Bakı-Bərdə, Bakı-Qax, Bakı-Şəki, Bakı-Ağdaş və Bakı-İsmayıllı istiqamətlərində 6 Lot üzrə fevralın 4-də;
Bildirilir ki, Bakı-Kürdəmir, Bakı-Qəbələ, Bakı-Cəlilabad və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə fevralın 7-də, Sumqayıt-Göyçay, Gəncə-Lənkəran, Gəncə-Mingəçevir və Şəki-Oğuz istiqamətlərində 5 Lot üzrə fevralın 11-də, Mingəçevir-Göyçay, Mingəçevir-Ağdaş Neftçala-Salyan və Salyan-Neftçala istiqamətlərində 5 Lot üzrə fevralın 14-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB









