Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.
Monitorinq Bakı Kristal Zalı, “Fairmont Baku Flame Towers”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Baku”, “The Ritz-Carlton”, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO












