Bir sıra yollarda sürət həddi endirildi - FOTO

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.
"Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda vurğulanıb.
Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR
Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar - VİDEO
Dövlət başçılarının bu həftə Asiyadakı rəsmi səfərləri nəyə hesablanıb? - Politoloq AÇIQLADI
WhatsApp üzərindən şəxsi təhqirə görə hansı cəza verilir? - HÜQUQİ İZAH
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" verildi - FOTO
Azərbaycanda bu avtomobillər qadağan oluna bilər? - VACİB AÇIQLAMA
Bakının 18 küçəsində tıxac var - SİYAHI
İlham Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü sülh müqaviləsini sürətləndirəcək? – Siyasi şərhçi AÇIQLADI
Yarım saatdan bir gələn avtobuslar, uzaq dayanacaqlar - 16 ildir davam edən əzab
Qeyri-sabit hava şəraitində sürücülər və piyadalar nələrə diqqət etməlidir? - AÇIQLAMA
Bu aptekdən alınan qida xarab çıxdı; Vətəndaşın pulu geri qaytarılmadı - FOTO












