Birbaşa reysi 2017-ci ilin yayında bərpa olunacaq - Bakı-Barselona

2017-ci ilin yayında Bakı ilə Barselona arasında birbaşa aviareysin bərpa olunması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə eksklüziv açıqlamasında İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Xuarez deyib.
O bildirib: “Bu şəhərlər arasında birbaşa reys ilk dəfə 2015-ci ildə açılmışdı. O zaman uçuşlar may ayından oktyabr ayınadək davam edirdi. 2016-cı ildə isə böhranla əlaqədar reyslər iyun ayından sentyabradək azaldılmışdı”.
Diplomatın sözlərinə görə, hazırda bu istiqamətdə uçuşlar üçün tələbat azdır, əgər artım baş verərsə, uçuşlar il boyu həyata keçirilə bilər.
X.Xuarez hələlik Bakıdan digər İspaniya şəhərlərinə reyslərin açılmasının planlaşdırılmadığını deyib.
Diplomat qeyd edib: "Barselona Azərbaycandan olan turistlərin üz tutduğu əsas şəhərimizdir. Ona görə məhz Barselonaya birbaşa reyslərin açılması daha sərfəli və məntiqlidir".
Diplomatın sözlərinə görə, Azərbaycandan İspaniyaya turist axını daim artır və son illər bu rəqəm 7-10 min nəfər təşkil edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












