Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini - VİDEO - FOTO
Gündəm 24 Oktyabr 2020 14:10 Oxunub 558
Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini  - VİDEO - FOTO

Səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub

Avtosfer.az Trend-ə istinadən məlumatına görə, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Kənd sakinlərinin dediklərinə görə, raketin səsi gələndə birinci elə bildik ki, raket evə düşəcək. Daha sonra gördük evin bağına düşdü: "Həmin zaman bağda olan Orxanın yaralandığını gördük. Biz çalışdıq ki, yaralını tez xəstəxanaya çatdıraq, bəlkə həyatın xilas etmək olar, amma mümkün olmadı".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh