Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq - İlham Əliyev

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə.
Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "CBC Televiziyası"nın "Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin formalaşdırılmasında öz rolunu necə görür?" sualına cavabında bildirib.
Prezident bildirib ki, buna görə də Azərbaycanın potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik:
"Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.
Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır".
Taksi parkı ilə avtoservis əməkdaşları arasında ərazi mübahisəsi - "Onlara görə maşın saxlaya bilmirik" - VİDEO
Yüksəksürətli paketlərin qiymətləri necə təşkil olunacaq? - AÇIQLAMA
"Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq" - Prezident
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO
Bir milyon dollarlıq mükafat Azərbaycan və Ermənistan arasında bölünəcək
Telefonunuza pandemiya cəriməsi ilə bağlı mesaj gəlib? – 5 il keçibsə ödəməməlisiz - AÇIQLAMA
Aeroportdan sərnişinlərə MÜRACİƏT - Alternativ marşrutlardan istifadə edin
Bəzi marşrutların hərəkət sxemləri dəyişdiriləcək - Bu ərazilərdə yaşayan sərnişinlərin diqqətinə!
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək - FOTOLAR
Bakıda ictimai nəqliyyatın hərəkət xəritəsi hazırlanmalıdır – Memardan TƏKLİF - FOTO
İrəvanın mərkəzindən qohumlarını salamlayan azərbaycanlı kimdir? – “Xalaoğlu, dur gəl, yeyib-içək” – VİDEO











