Blinken İlham Əliyevə zəng etdi

Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Avtosfer.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.
Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.
ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ










