Blokada Doha aeroportunu çökdürdü - 12 istiqamətə uçuşlar dayandırılıb

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada “Həməd” beynəlxalq aeroportu 4 ölkəyə uçuşları ləğv edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Dohada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə olmaqla ümumilikdə 12 istiqamətə uçuşlar dayandırılıb. Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər. Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












