"BMW F10"la Bayraq Meydanında "avtoşluq" edən sürücü tutuldu - Məhkəmə qərarı
Gündəm
2 Oktyabr 2024 19:03

Paytaxtın Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Səbail rayon Dövlət Yol Polisi şöbəsindən məlumat verilib. Belə ki, 22-BL-890 dövlət nömrə nişanlı "BMW F10" markalı avtomobil sürücüsü Cəlili Vasif Elçin oğlu sentyabrın 2-i saat 23:12 radələrində Dövlət Bayrağı Meydanı ərazisinə daxil olaraq avtoxuliqanlıq hərəkətləri edib. Səbail DYPŞ-də onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Səbail rayon məhkəməsinin qərarı ilə sürücü Cəlili Vasif Elçin oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1 il sürücülük hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə tətbiq edilib.
Oxunub : 5990
DİGƏR XƏBƏRLƏR
2 Noyabr 2026 17:24
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
2 Noyabr 2026 17:16
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
2 Noyabr 2026 16:48
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
2 Noyabr 2026 14:23
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
2 Noyabr 2026 12:30
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
2 Noyabr 2026 11:00
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
2 Noyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
1 Noyabr 2026 20:44
Trampdan İlham Əliyevə xüsusi dəvət
31 Oktyabr 2026 18:41
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
31 Oktyabr 2026 18:02
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
30 Oktyabr 2026 10:30
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
30 Oktyabr 2026 08:48
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
ŞƏRH YAZ












