BMX üzrə dünya çempionatına hazırlıq davam edir

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib. Avtosfer.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Oxu.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov ölkə başçısının sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
O, gələn il keçiriləcək dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm hadisə olacağını qeyd edib və Azərbaycana gələcək qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılması üçün hazırlanmış tədbirlər planının yüksək səviyyədə və tam həcmdə həyata keçirilməsinin vacibliyini qeyd edib. Y.Eyyubov bildirib ki, prezident İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Sonra vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra bu ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Y.Eyyubov yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini bildirib, dünya çempionatının təşkilinə cəlb olunmuş dövlət strukturlarının rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO










