BNA: "66 nömrəli marşrutun sürücüsü işdən azad olunub"

“Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunvericiliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb”. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. “66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib. İctimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir”, - deyə məlumatda bildirilir.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












