BNA açılış mərasimində iştirak edəcək şəxslərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslərə müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, Oyunların açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir: "Bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir". Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı (müvafiq olaraq 12 və 22 may tarixlərində) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən-metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılacaq. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 18:00-dan 20:30-dək davam edəcək. Açılış və bağlanış mərasimlərini izləmək istəyən biletli əlil tamaşaçılar metronun "Gənclik" stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.
Məlumat üçün onu da qeyd edək ki, mayın 8-də keçiriləcək sınaq açılış mərasimi ilə əlaqədar H.Əliyev və Neftçilər prospektləri, eləcə də Y.Səfərov küçəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması şəhər sakinlərinin rahatlığı nəzərə alınmaqla təxirə salınıb.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












