BNA: Avtobuslarda tam olaraq nağdsız ödəniş sisteminə keçiləcək

"Nəqliyyat vasitələri əsaslı təmir olunmalı, sürücülər mütləq tibbi müayinədən keçirildikdən sonra işə çıxmalıdırlar". Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.
Onun sözlərinə görə, daşıyıcıların yol verdiyi nöqsanlarla bağlı BNA müəyyən tədbirlər həyata keçirəcək: "Daşıyıcı şirkətin istismarında müəyyən qədər nəqliyyat vasitələri var. Hər bir nəqliyyat vasitəsi üçün 2-3 sürücü lazım olsa da, daşıyıcılar yalnız bir sürücü işlədir. Bu da mövcud problemlərin yaranmasına səbəb olur. Baş vermiş hadisələrlə bağlı məsələlər araşdırıldıqdan sonra agentlik tədbir görəcək. Təbii ki, daşıyıcıların istismarında olan marşrutla bağlı müqaviləyə xitam verilmək şərti ilə tədbirlər olacaq".
O qeyd edib ki, bu ilin 6 ayı ərzində nağdsız ödəniş sisteminə keçiləcək: "Belə avtobuslarda qəzaların sayı minimuma enib. Çünki nağdsız ödənişli avtobusların sürücüləri daşıyıcı tərəfindən qoyulan plana işləmir. Ona görə də ötməyə ehtiyac qalmır. Çünki sırf əmək haqqı olduğuna görə sürücülər daha məsuliyyətli olurlar".
M.Abbasov eyni zamanda, sürücülərin iş rejimi ilə bağlı məsələyə baxılmalı olduğunu da diqqətə çatdırıb: "Nağdsız ödənişə keçmək üçün müqavilələr imzalanmalıdır. Sürücünü işə götürərkən mütləq şəkildə BNA ilə razılaşma əldə edilməlidir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












