BNA Bakıdakı bütün svetoforlara nəzarət etmək istəyir

Bakı Nəqliyyat Agentliyi şəhər yollarındakı tıxac probleminin həlli üçün cüzi sərmayə tələb edir. Metbuat.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıdakı 159 işıqforun onların sərəncamına verilməsini istəyir. BNA nümayəndəsi qeyd edib ki, hazırda agentliyin sərəncamında 150 işıqfor var: "Qalanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Siqnal" idarəsinin yol polisləri tərəfindən idarə olunur. Bununla əlaqədar olaraq, demək olar işıqforların yarısına Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən nəzarət etmək mümkün deyil. Öz növbəsində bu, nəqliyyat agentliyinin işinə, xüsusilə paytaxtdakı tıxacların aradan qaldırılmasına cəhdlər zamanı az problem yaratmır".
Layihə Bakının mərkəzindəki 74 yol kəsişməsini, eləcə də Tbilisi prospektindəki, Şərifzadə küçəsindəki, Heydər məscidi qarşısındakı, üçüncü mikrorayon, "20 yanvar" dairələrindəki və s. yol kəsişmələrini əhatə edir. Əlavə olaraq 17 yeni yolüstü piyada keçidinin tikilməsi planlaşdırılır. Artıq bununla bağlı tender də elan edilib. BNA hələlik yeni piyada keçidlərinin harada qoyulacağı barədə məlumat verməyib. Bundan əlavə, BNA 1100 piyada keçidində monitorinq aparıb. Nəticədə o qənaətə gəlib ki, bu konstruksiyaların üçdə biri, daha doğrusu 398-i yenidən planlaşdırılmalıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












