BNA: "Bu, bizi də bərk narahat edir"

Ötən gecə bütün marşrut xətləri üzrə avtobuslar saat 03:00-dək işləyib. Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları prosesin səmərəli keçməsi və əhalinin nəqliyyatla operativ təmin edilməsi üçün gücləndirilmiş rejimdə çalışıb. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra tamaşaçıların avtobus tapmaması ilə bağlı iddialara cavab verərkən deyib. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimi bitdikdən sonra stadionda olan tamaşaçıların eləcə də digər şəxslərin ekspress xətt avtobusları ilə müəyyən olunmuş istiqamətlərdə daşınması gecə saat 3-dək davam edib. “Ən axrıncı şəxs stadion ərazisini tərk edənə qədər İctimai Nəqliyyat Terminalı fəliyyət göstərib. Hörmətli həmkarımız Aygun Akifin “bizi avtobus yoxdu deyib geri qaytardılar” iddiasına gəlincə, bu kimi çaşqınlıq yaradan fikirlərin yayılması bizi də bərk narahat edir. Lakin Araz FM radiosu əməkdaşının bu iddianı dövlət qurumu ilə dəqiqləşdirmədən yayması təəssüf doğurur. Aygun xanım, İslam Oyunları ilə bağlı məlumatların yayılması əhalinin maarifləndirməsindən belə əsası olmayan məlumatlardan təsirlənib utanc hissi keçirməyinizə gərək yoxdur. O ki, qaldı gecə saatlarında bəzi marşrut xətləri üzrə avtobusların işləməməsinə bildirmək istəyirik ki, BNA-nın tapşırığı ilə bütün marşrut xətləri üzrə avtobuslar gecə saat 3-ə kimi fəaliyyət göstərib. Lakin bəzi küçə və prospektlərdə yollar məlum səbəblərdən bağlı olduğundan müəyyən gecikmələr olub ki, bu da başa düşüləndir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












