BNA daha bir idman arenası istiqamətində ekspress xətt təşkil edib

“IV İslam Həmrəyliyi Oyunları” çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə BNA-dan verilən məlumata görə, bunun üçün 18 may tarixində BNA-nın ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya eləcə də əks istiqamətdə hərəkət edəcək. “Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq”, - deyə məlumatda qeyd olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












