BNA "Məktəblilərlə Bir Yoldayıq" layihəsinə start verib - FOTO

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək. İlk təlimlər Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib. BNA Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb. Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə BNA-nın azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















