BNA nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib - FOTO

Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərniışin avtobusu cəlb edilib. Bununla yanaşı Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfərdən çox sərnişinin daşınması təmin edilib: “Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq”.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












