BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nələri dəyişəcək? - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi.
Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bu gün verilən fərmanın davamıda olacaq:
"Çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var. Bu qurum üçün ən uyğun olmayanı dayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir. Ehtiaml edirəm ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək". Ekspert bildirib ki, bu gün verilən fərman əslində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını qismən də olsa göstərir:
"Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət. Qeyd edilənlərdən başqa, yeni formatda BNA paytaxtda müasir mobilliyi, şəhər mühitinin yenilənməsini, "hər şey avtomobillər üçün" prinsipindən "hər şey insan üçün" prinsipinə keçidi tədricən təmin etməlidir. Sözsüz ki, söhbət bu sahəslərdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək. Hər bir halda ümid edək ki, işlər yaxşılığa doğru gedəcək", - deyə Ə.Hüseynov vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










