BNA xüsusi hərəkət zolaqları ilə bağlı tədbirlərə başlayıb - FOTO

Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı martın 28-də “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim keçirilib. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələri iştirak edib. Yol təhlükəsizliyi məsələləri üzrə ekspert tərəfindən onlara ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təyinatı, əhəmiyyəti, hərəkət rejimi, avtobusların bu zolaqlarda hərəkət xüsusiyyətləri izah edilib. Bununla yanaşı, təlimdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə yol verilən hallar, avtobusların bu zolaqda dayanacaq məntəqəsinə daxil olması və oradan yola düşməsi, hərəkət zolaqlarında hərəkət rejimini pozmanın məsuliyyəti kimi vacib məqamlar barədə də ətraflı məlumat verilib. Bu zolaqlarda da yol hərəkətinin bütün qaydalarına riayət edilməsinin zəruriliyi, avtobusun lüzumsuz yerə bu zolaqdan kənara çıxarılmasının yol verilməz olduğu və hər bir avtobus sürücüsünün bu tələbə əməl etməsinin vacibliyi bir daha daşıyıcı şirkətlərin məsul şəxslərinin diqqətinə çatdırılıb. Təlimdə müntəzəm sərnişindaşımaya aid qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən daşıyıcıların hüquq və vəzifələri də müzakirə edilib. Qeyd edək ki, BNA-nın paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq paytaxtın M.Füzuli (Qış parkı boyunca) və Yusif Səfərov (Heydər Əliyev prospekti istiqamətində) küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, müvafiq nişanlanma işləri aparılıb.
Emin
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT













