Banner

BNA: "Yollardakı tıxacların əsas səbəbi koordinasiyasız nişanlanmadır" - FOTO

Gündəm 5 İyul 2017 17:30 Oxunub 1316
BNA: "Yollardakı tıxacların əsas səbəbi koordinasiyasız nişanlanmadır" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub

Paytaxt yollarındakı piyada keçidləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssisləri tərəfindən təhlil edilib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu gün paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir.

"BNA-nın Əsasnaməsində də göstərilib ki, Bakı şəhərində yol nişanlamaları və xətləmələr qurumun və Dövlət Yol Polisinin (DYP) razılığı ilə həyata keçirilməlidir: Bu gün BNA müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır. Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara, eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur”, - deyə məlumatda qeyd edilib.

Qurum həmçinin bəyan edib ki, Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub: “Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yelrəşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib”.

 

BNA Əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başladığını açıqlayıb. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq, agentlik ictimaiyyəti də bu işdə faəl əməkdaşlığa dəvət edib. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi, eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat vermələri xahiş edilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh