Boksçularımızın başına iş gəldi - Təyyarəyə gecikdilər

Almaniyada boks üzrə dünya çempionatına qatılan milli komandamızın üzvləri sentyabrın 3-ü saat 21:00-da vətənə qayıtmalı idilər. Boksçularımızdan 3-ü Kamran Şahsuvarlı, Pərviz Bağırov və Lorenso Sotomayor ölkəyə qayıda bilməyiblər. Onların Bakıya vaxtında gəlməməsinə səbəb isə təyyarəyə gecikmələri olub. Millimizin üzvlərindən yalnız dünya çempionu olan Məhəmmədrəsul Məcidov vaxtında paytaxtımıza qayıda bilib.
Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının da mövqeyini öyrəndik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov "Qafqazinfo"ya açıqlamasında xəbəri təsdiq edib: "Bəli, boksçularımız İstanbul-Bakı reysinə gecikdikləri üçün Türkiyə paytaxtında qalanlar olub. Onlar növbəti reyslərlə vətənə qayıdıblar".
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












