Bölgələrdən Bakıya avtobuslar saat yarım gecikmə ilə gəlir

Hava şəraiti ilə əlaqədar bölgələrdən Bakı istiqamətinə gələn marşrut avtobuslarında gecikmələr var. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Komplerksinin sahə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, səhər saatlarında rayonlardan Bakıya gələn avtobusların əksəriyyəti avtovağzala gecikmə ilə daxil olub: "Əsasən Qazax, Masallı, Quba, Şamaxı, Qəbələ, İsmayıllı istiqamətindən Bakıya gələn avtobuslar gecikir. Marşrutların bəziləri 30-40 dəqiqə, uzaq yol gələnlər isə 1 saat, 1 saat 30 dəqiqə gecikir. Gecikməyə səbəb yolların qarlı olmasıdır. Buna görə də sürücülər sərnişinlərin təhlükəsizliyi üçün avtobusları aşağı sürətlə idarə edirlər və bu da gecikmələrə səbəb olur". M.Abdullayev bildirib ki, hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq, Bakıdan rayonlara gələn avtobuslar qrafikə uyğun, gecikmədən hərəkət edirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












