Bölgələrə yağan qar özü ilə problemlər gətirdi - FOTO - VİDEO

Artıq bir neçə gündür ki, ölkəmizə qış fəsli qədəm qoyub. Axşam saatlarından Qubaya qar yağmağa başlayıb. Quba şəhəri də daxil olmaqla hər tərəf ağ örpəyə bürünüb.
Baku TV xəbər verir ki, qarın yağması kənd yollarında sürücülər üçün bir sıra çətinliklər yaranıb. Xüsusilə Quba-Xınalıq yolunda hərəkət çətinləşib. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Qar yoldan təmizlənib. Ən ucqar dağ kəndlərinə üz tutan sürücülər isə avtomobillərin şinlərinə zəncir bağlayaraq hərəkətə davam ediblər.
Hazırda bu istiqamətdə yol açıq olsa da, zərurət olmadığı halda sürücülərdən bu yolda hərəkət etməmələri tövsiyə olunur.
Qeyd edək ki, Quba şəhərinə üç, Qırız kəndinə 17, Xınalığa 11 santimetr qar yağıb. Xınalıqda gecə saatlarında mənfi 10 dərəcə şaxta qeydə alınıb. Güclü qar Şamaxıda da kənd yollarının bağlanmasına səbəb olub Qar əsasən rayonun dağlıq ərazilərinə yağıb. Dağ kəndlərindən olan Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədin kəndləri ilə əlqə kəsilib. Kəndlərə avtomobillərin gediş-gəlişi məhdudlaşıb.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










