“Bolt” Azərbaycanda vəzifəli şəxslər işdən azad edilib – Şirkətdən AÇIQLAMA - VİDEO

“Bolt”un Azərbaycandakı ofisində vəzifəli şəxslərinin işdən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, yayılan məlumatlar şirkət tərəfindən də təsdiqlənib:
“ "Bolt” mediada yayılan məlumatlarla bağlı mövzuya aydınlıq gətirib. Şirkətdən qeyd edilib ki, “Bolt”un Azərbaycandakı səfər xidməti üzrə rəhbərliyində dəyişikliklərin baş verdiyini təsdiqləyə bilərik.
Bu qərar taksi əməliyyatlarımıza və digər biznes istiqamətlərimizə təsir göstərmir. Bildirilib ki, platforma üzrə bütün tərəfdaşlardan, o cümlədən avtopark sahiblərindən, uyğunluq, dürüstlük və qanunvericiliyə əməl etmə standartlarımıza riayət etmələri gözlənilir:
“Siyasətlərimizə və daxili nəzarət prosedurlarımıza tam əməkdaşlıq etməyi tələb edirik və bu standartlara əməl olunmadığı hallarda müvafiq tədbirlər görürük.
Uyğunluq və şəffaflığa davamlı öhdəliyimizin bir hissəsi olaraq, fəaliyyət göstərdiyimiz bazarlarda əməliyyat və maliyyə proseslərini mütəmadi olaraq qiymətləndiririk.
“Bolt” hər hansı qanunsuz və ya etik normalara zidd davranış iddialarına son dərəcə ciddi yanaşır. Daxili siyasətlərimizin, etik standartlarımızın və tətbiq olunan qanunların pozulmasına qarşı sıfır tolerantlıq prinsipini tətbiq edirik.
Sürücüləri və avtopark tərəfdaşlarını rəsmi müraciət vasitələrimizdən istifadə edərək hər hansı narahatlıq və ya şübhəli halları bildirməyə çağırırıq ki, bu məsələlər lazımi qaydada araşdırılsın.
“Bolt” Azərbaycanda ədalətli, şəffaf və qanunvericiliyə uyğun fəaliyyət göstərməyə tam sadiqdir. Prioritetimiz sürücülərin, avtopark tərəfdaşlarının və müştərilərin təhlükəsiz və bərabər platforma təcrübəsinə arxalana bilməsidir”.
Səfər
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












