“Bolt” nağdsız ödənişdən imtina edən sürücüləri cərimələyir – VİDEO

Taksi şirkəti nağdsız ödənişli sifarişdən imtina edən sürücüləri cərimələyir. Avtosfer.az xəbər verir ki, "Bolt" taksi şirkəti ilə əməkdaşlıq edən sürücülər belə iddia edirlər. Onların sözlərinə görə, bu cərimələr rəsmi deyil və yalnız şirkətin daxili qaydası ilə tənzimlənir. Dediklərinə görə, bu hal bir neçə səbəbdən baş verir. Bəzi sürücülər isə şikayət olduğu zaman sürücünün sistem tərəfindən bloklandandığını da dedilər.
Bəs özəl şirkət dövlət tərəfindən müəyyən olunmayan, yəni daxili qərar əsasında belə bir cərimə tətbiq edilə bilərmi?
Məsələ ilə bağlı "Bolt" şirkətindən bildirildi ki, hazırda yalnız nağd gedişlərə görə cərimələr var. “Şirkətin tətbiqi ilə sifariş olunan səfərlərin ödənişi həm kartla, həm də nağd şəkildə mümkündür. Sürücü tərəfindən səfərin kart ödənişinə görə ləğv edilməsi qəbuledilməzdir. Bu halda sərnişin tətbiq üzərindən şikayət edə bilər. Məsələ araşdırıldıqdan və təsdiqləndikdən sonra sürücü ilə əlaqə saxlanılır və tədbir görülür. Qayda pozuntusu təkrarlanarsa və ya təsdiqlənərsə, sürücüyə 50 AZN-ə qədər maliyyə sanksiyası tətbiq oluna və ya hesabı bloklana bilər. Daha aydın desək, həftə ərzində sürücü 100 sifarişdən 1-ni də nağdsız icra etməyibsə, 50 manat cərimə ödənişi tətbiq edilir. Növbəti həftə də eyni hal yaşanırsa, cərimə təkrarlanır”, - deyə şirkətdən bildirilib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, müqavilədə nəzərdə tutulan öhdəliyin icra olunmamasına görə cərimə mümkündür. Lakin müqavilədə qanunda nəzərdə tutulmayan heç nə əks edilə bilməz. Bu halda müqaviləyə baxılmalı və cərimənin qanunsuz, ya qanuni olduğu araşdırılmalıdır.
Daha ətraflı videomaterialda.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










