“Bolt” WUF13 çərçivəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib - FOTOLAR

Bolt şirkəti “Sea Breeze Resort”da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil edib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), sürücü tərəfdaşlar, tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafını müzakirə ediblər.
Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorları “Bolt”un Regional Dövlət əlaqələri üzrə Meneceri Yuliya Maliç və “Bolt for Business” üzrə baş meneceri Salman Babazadə olublar.
Tədbirin açılışında çıxış edən “Bolt”un Dövlət əlaqələri üzrə Direktoru Tom Tuksvort şirkətin təhlükəsizlik və uyğunluq sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb.
Tom Tuksvort çıxışında Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub. Bildirilib ki, Bolt platformasında hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.
“Bolt”un təqdim etdiyi məlumata görə, platformadakı səfərlərin 99, faizi heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Şirkət, həmçinin qeyd edib ki, tətbiqdaxili təhlükəsizlik funksiyalarından istifadə davamlı olaraq artır. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi “etibarlı əlaqə şəxslər” funksiyasını aktivləşdirib, audiosəfər qeydi funksiyasının istifadəsi isə 40 faizdən çox artıb.
Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli isə çıxışında yol təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən AZCON-un Sistem Direktoru Samir Əliyev yol təhlükəsizliyi sahəsində mövcud çağırışlardan və sürücülərin gündəlik qarşılaşdığı problemlərdən danışıb.
Tədbir çərçivəsində “Qlobal platformalarda təhlükəsizlik” adlı sessiya keçirilib. Sessiyada Bolt nümayəndəsi Ketrin Merser (Katherine Mercer), qadın sürücü Gülnaz Kazımzadə, AmCham Təchizat Komitəsinin sədr müavini Paşayeva Maarifə və AMAK direktoru Vüsal Rəcəbli təhlükəsizliyi müzakirə ediblər.
Çıxışı zamanı Maarifə Paşayeva “Bolt”un Azərbaycanda istifadəyə verdiyi “Video müşahidə” təhlükəsizlik həlli barədə də məlumat verib. Bu xidmət çərçivəsində sərnişinlər səfərin 360 dərəcəlik videosunu real vaxt rejimində yaxınları ilə paylaşa bilir. Xüsusi təhlükəsizlik komandası isə səfərləri izləyərək fövqəladə hallarda operativ reaksiya göstərir.
Konfrans çərçivəsində “Bolt Azərbaycan”ın Baş Meneceri İlkin Zeynallı və Sabah.Hub İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Orxan Abbasov arasında memorandumun imzalanması da elan olunub. Əməkdaşlıq çərçivəsində innovasiya, təhsil və təhlükəsizlik istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Konfrans zamanı 2025-ci il üzrə ən peşəkar və təhlükəsiz xidmət göstərən sürücü tərəfdaşlar “Bolt Academy” çərçivəsində mükafatlandırılıb. Eyni zamanda, yol təhlükəsizliyi mövzusunda təşkil olunan tələbələrarası müsabiqədə fəal iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı paylaşım edilib - VİDEO
Bakı-Tbilisi xətti ilə sərnişindaşıma bərpa olunur? - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Bu ərazidə avtobus zolağı taksilərin dayanacağına çevrilib - ŞİKAYƏT - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO
Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA
















