Bombaları taksi sürücüsünün köməyi ilə aşkarlamaq mümkün olub

Brüssel hava limanında və Skarbek kommunasındakı mənzillərin birində tapılan bombaları taksi sürücüsünün köməyi ilə aşkarlamaq mümkün olub. Partlayıcı qurğular məhz terrorçuları aeroporta aparan taksi sürücüsünün məlumatı əsasında aşkarlanıb.
Avtosfer.az xərici mətbuata istinadən verdiyi xəbərə görə, taksi sürücüsü terror aktından bir neçə saat sonra polislə əlaqə saxlayaraq, terrorçuların onun avtomobili ilə aeroporta getdiklərini bildirib. O qeyd edib ki, sərnişinlərin azı üç çantası olub. Məhz bu ifadələr əsasında polis hava limanında naməlum səbəbdən partlamayan üçüncü bombanı aşkarlayıb.
Bundan başqa, taksi sürücüsü polisə terrorçuların Skarbek kommunasında qaldıqları evin ünvanını verib. Sürücü bildirib ki, sərnişinlər özləri ilə daha çox çanta aparmaq istəyib, lakin avtomobildə boş yer qalmadığından, o buna icazə verməyib.
Qeyd olunan ünvanda axtarış zamanı daha bir partlayıcı qurğu, kimyəvi maddələr və İŞİD-ə məxsus bayraq tapılıb.
Bundan başqa, polis terrorçuluqla əlaqəli olduğu şübhəli bilinən şəxsə məxsus "Renault Clio" və "Audi S4" markalı avtomobillərin axtarışı ilə məşğuldur.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












