Bombardmançı təyyarələr havaya qalxdı: İranın nüvə obyektinə zərbə endiriləcək? - FOTO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2" bombardmançı təyyarələri Missuri ştatındakı bazadan havaya qalxıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Militarist" "Telegram" kanalı məlumat verib.
"Bunlar məhz o təyyarələrdir ki, İranın yaxşı möhkəmləndirilmiş Fordo nüvə obyektinə zərbə endirmək çün lazımdır", - deyə kanal yazıb.
Bildirilib ki, bombardmançı təyyarələrlə birlikdə eyni istiqamətdə səkkiz yanacaq doldurmaq üçün olan tanker təyyarəsi də havaya qalxıb.
Qeyd edək ki, iyunun 20-də ABŞ-nin "Defence News" nəşri bildirmişdi ki, İrana zərbə endirmək üçün "bunkerlərin dağıdıcısı" kimi tanınan "GBU-57" bombasını daşıya bilən "B-2 Spirit" strateji bombardmançı təyyarəsi bir neçə hava gəmisi ilə birlikdə Missuri ştatındakı Uaytmen aviabazasından 30 saatlıq uçuş həyata keçirməli və geri dönməli olacaq.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ












