Boranlı hava Moskva-Bakı aviareysinin gecikməsinə səbəb olub

Rusiyanın paytaxtı Moskvada müşahidə edilən qarlı və küləkli hava şəraiti bu gün səhər saatlarında Bakıya uçmalı olan təyyarənin ləngiməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, Moskvanın "Şeremetyevo" hava limanından saat 00:55-də Bakıya aviareys yerinə yetirməli olan təyyarə 1 saat sonra havaya qalxa bilib və Azərbaycan paytaxtına təyin edilmiş vaxtdan 40 dəqiqə gec enib.
Moskva-Bakı istiqamətində ("Vnukovo" hava limanı) növbəti aviareys isə saat 11:00-da yerinə yetirilməlidir. Təyyarə Bakıya saat 14:00-da çatmalıdır.
Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı istiqamətində həftənin hər günü aviauçuşlar yerinə yetirilir.
"Report"un "İnterfax.ru" saytına istinadən verdiyi xəbərə görə, bu saata əsasən Moskva hava limanlarında 40 aviareys ləngiyir, təxminən 100-ü isə təxirə salınıb.
"Yandex.Tablo" isə göstərir ki, "Şeremetyevo"da 21 reys ləngiyir, 86 reys təxirə salınıb. "Domodedovo"da isə 20 reys ləngiyir, 13 reys təxirə salınıb. Bununla belə aerodrom xidməti gücləndirilmiş iş rejmində çalışır.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










