Boris Consondan İlham Əliyevə MÜRACİƏT

Böyük Britaniyanın Baş naziri Boris Conson VIII Qlobal Bakı Forumu münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, Boris Conson Prezident İlham Əliyevi, tədbirin təşkilatçılarını və iştirakçılarını təbrik edib.
Baş nazir Böyük Britaniya - Azərbaycan əməkdaşlığının möhkəmliyindən danışıb və gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib.
Builki forumun Qlazqoda keçirilən COP 26 sammiti ilə üst-üstə düşdüyünü və iqlim dəyişikliyinin hamımızın qarşısında duran ən böyük beynəlxalq problem olduğunu qeyd edən Baş nazir Azərbaycanın "yaşıl enerji”nin tətbiqi istiqamətində atdığı mühüm addımları alqışlayıb.
Böyük Britaniyanın Baş naziri, həmçinin Azərbaycan cəmiyyətində aparıcı rol oynayan qadınlara ehtiramını bildirib və ölkələri sülh quruculuğunda, o cümlədən Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planlarının qəbul edilməsi yolu ilə qadınlar üçün xüsusi rol oynamağa təşviq edib.
Sfera.az
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO










