“Borussiya"nın avtobusuna hücumda şübhəli bilinən şəxs tutuldu

Məhkəmə Dortmundun “Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 28 yaşlı Sergey V. barəsində həbs qətimkan tədbiri seçib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, saxlanılan şəxsin ikili vətəndaşlığı var. O, həm Almaniya, həm də Rusiya pasportu daşıyır. Aprelin 11-də Dortmundda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Borussiya” və “Monako” klubları arasında oyun keçirilməli idi. Oyuna təxminən bir saat qalmış meydan sahiblərinin avtobusunun yaxınlığında 3 partlayış törədilmiş, “Borussiya”nın futbolçusu Mark Bartra insident zamanı yaralanmışdı. Prokurorluğun məlumatına görə, şübhəli şəxs “Borussiya”nın səhmlərindən 15 minini alıb. O, bunun üçün aprelin 3-də kredit götürüb. Səhmlərin kursunun dəyişməsi təqdirində Sergey V. qiymətli kağızların satışından 4 milyon avro qazanc əldə edə bilərdi. Qeyd edək ki, Sergey V. aprelin 21-də Tübinqen şəhəri yaxınlığında saxlanılıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










