"Borussiya"nın avtobusunun yanında törədilən partlayışın TƏFƏRRÜATLARI

Polis ötən həftə Almaniyanın Dortmund şəhərində “Borussiya” klubunun futbolçularının olduğu avtobusun yaxınlığında partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 28 yaşlı Rusiya əsilli Almaniya vətəndaşı hadisəni törətməkdə şübhəli bilinir. Polisin apardığı istintaq nəticəsində məlum olub ki, partlayış törədilən gün - aprelin 11-i həmin şəxs Dortmundun "Borussiya" futbol klubunun səhmlərinin satışına imkan verən 75 min avro dəyərində qiymətli kağızlar əldə edib. Polis müəyyən edib ki, partlayışın daha ciddi fəsadları olsaydı, bu, səhmlərin dəyərinin azalmasına səbəb olacaqdı. Bu isə həmin şəxsə qiymətli kağızların satışından 4 milyon avroya yaxın vəsait əldə etməyə imkan verəcəkdi. Qeyd edək ki, aprelin 11-də "Monako" klubu ilə matçdan əvvəl "Borussiya"nın avtobusu yaxınlığında ardıcıl üç partlayış baş vermişdi. Nəticədə futbolçu Mark Bartra qolundan yaralanmışdı. Alman polisi təsadüf nəticəsində fəsadların bir o qədər ciddi olmadığını bildirib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












