Boşanmış, işsiz kişilər alimenti necə ÖDƏMƏLİDİR?

Bəzi atalar boşandıqdan sonra sadəcə, həyat yoldaşlarından deyil, sanki doğma övladlarından da “ayrılır”, bütün öhdəliklərini və məsuliyyətlərini unudur, uşaqlarının xərclərini qarşılamaq istəmirlər. Bu zaman tərəflər arasında ziddiyyətlər, çəkişmələr başlayır. Bir çoxları alimenti verməmək üçün bəhanələr gətirsə də, bəzi atalar isə doğurdan da, işsiz olduğu üçün ödəniş edə bilmirlər.
Bəs boşanmış işsiz kişilər alimenti necə ödəməlidir?
Qeyd edək ki, sözügedən problemin qarşısını almaq məqsədilə əvvəlki illərdə “Aliment Fondu”nun yaradılması ilə bağlı təkliflər irəli sürülmüşdü.
Maraqlıdır, “Aliment Fondu” yaradılarsa, hansı mexanizmlə fəaliyyət göstərməlidir?
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya təəssüf hissi ilə bildirib ki, bu mövzu illərdir müzakirə olunsa da, lakin hələ də həllini tapmır:
“Əsas məsələ elə onun mexanizmindədir. İlk olaraq bir data baza yaradılmalıdır. Həmin data bazaya ilkin siyahıda körpə uşağı, əlliliyi olan, yaxud bu və digər səbəbdən işləyə bilməyən analar və atalar qeyd edilməlidir. İkinci bir məsələ, aliment ödəyə bilməyən işsiz qadın və ya kişilərin işlə təmin edilməsidir. Üçüncü, elə edilməlidir ki, bu, əməyin istismarı xarakterini almasın”.
M.Zeynalova qeyd edib ki, Fond tərəfindən ödənilən pulların sonra geri alınması məsələsi də əsas mexanizmdir:
“Mənə görə, çıxılmaz vəziyyətdə olan şəxslər üçün dəstək proqramları olmalıdır. Bu Fonddanmı, ya digər mənbədənmi olmalıdır, deyə bilmirəm. Amma həssas qruplar dəstəksiz qalmamalıdır. Əslində Ailə Məcəlləsində dəyişiklik edib ailələrə dəstək proqramaları maddəsi əlavə edilməlidir. Digər tərəfdən, onlar üçün psixoloji mərkəzləri artırmaq lazımdır. İlkin gərginlik mərhələsində dəstək vermək üçün, münaqişəli ailələrlə işi gücləndirmək lazımdır. Bütün bunlardan ən vacibi həssas qruplarla işi gücləndirməkdir. Dövlət qurumaları bunların hamısını öhdəsinə götürə bilməz, buna görə də, sahə işlərini QHT-lər həyata keçirməlidir. Hər rayon və kənd üzrə xəritələr hazırlanmalıdır. Elə məsələlər var ki, onları böyük xərclə yox, sadə yolla, böyük və ürəkdən gələn enerji qoymaqla həll etmək olar. Elə ailələr var ki, onlarla sadəcə söhbət etmək kifayətdir, elələri var ki, dəstəklə, digərlərini isə cəza ilə yola gətirmək olar. Bu baxımdan əhalinin ehtiyacına uyğun təkliflər və paketlər üçün xəritə lazımdır”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










