Böyük təhlükə yaradan avtobus sürücüləri - VİDEO

İçi sərnişinlə dolu mikroavtobus yanacaq doldurma məntəqəsinə elə gəldiyi kimi də daxil olur. Burada təhlükəsizlik qaydaları kobud surətdə pozulur.
Avtosfer.az xəbər verir ki, bu fikirlər Kanal S-in sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan sürücülər haqda hazırladığı reportajdandır. Materialda bildirilir ki, bu nəqliyyat vasitələrində olan sərnişinlərin hər biri hansısa bir ailənin üzvüdür. Təhlükədən, bədbəxt hadisədən isə heç kim sığortalanmayıb.
Müəyyən səbəbdən partlayış və bu kimi qəza hadisəsi baş verərsə nəticəsinin miqyasını təsəvvür eləmək elə də çətin deyil. Əslində bu qaydaya riayət eləmək elə də böyük zəhmət tələb eləmir və ya vaxt itkisinə səbəb olmur. Sadəcə bir qədər məsuliyyətli olmaq kifayətdir. Halbuki, buna yol verən sürücülər bunu vaxt itkisi ilə əlaqələndirir.
Qayda pozuntusu demişkən, bu kimi hallara qarşı müəyyən cəza tədbirləri nəzərdə tutulur. Məsələdə həm yanacaqdoldurma məntəqəsi, həm də sürücülər müəyyən dərəcədə məsuliyyət daşıyır.
Şəkidə 20-yə yaxın yanacaqdoldurma məntəqəsi var və gündəlik olaraq bu məntəqələrdən orta hesabla 100-ə yaxın mikroavtobus yanacaq doldurmaq üçün istifadə edir. Yəni oxşar mənzərə əksər məntəqə üçün xarakterikdir. Nəzərə alsaq ki, bu məntəqələr insanların daha çox istifadə etdiyi ən təhlükəli obyektlər siyahısına daxildir, məsələnin aktuallığını görməzlikdən gəlmək olmaz.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












