"Bravo" Bayılda piyadaların yolunu kəsir - Natəmizlik – VİDEO

Ölkənin ən iri supermarketlər şəbəkələrindən biri də qanunları pozmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonu Neftçi Qurban küçəsində yerləşən “Bravo” supermarketin etdikləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Belə ki, Bayıl qəsəbəsindəki 5 nömrəli doğum evinin yanında yeni tikilinin 1-ci mərtəbəsində sonradan açılan supermarket özünün mal qəbulu bölməsini sakinlərin istifadə etdiyi səkinin yanına təyin edib. Gün ərzində mağazanın anbarına qəbul edilən malları daşımaq üçün istifadə edilən transpaletlər, rəfli arabalar, palet və digər avadanlıqlar marketin ətrafındakı hər yerə səpələnmiş vəziyyətdə qalır.

Sakinlərin bildirdiyinə görə, onsuz da, çox da geniş olmayan səkinin Neftçi Qurban küçəsinə çıxan hissəsində marketə məxsus tullantıların toplanması üçün dam quraşdırılıb və üstəlik market işçiləri bu damın ətrafına da anbar avadanlıqlarını düzür. Ölkədə COP29 təbirinin keçirilməsi ərəfəsində dövlət qurumlarının fəaliyyəti, xüsusən Səbail rayonunda aparılan səliqə-səhman, abadlıq işləri fonunda supermarketin bu cür etinasız yanaşması yol verilməzdir. Təsadüfən bir turistin məhz bu marketdən istifadə edərkən səkidə gördüyü vəziyyətlə bağlı sosial şəbəkədə bir yazı, foto paylaşması tədbirdən sonra ölkəmizin xarici dairələrdə bir supermarketə görə mənfi aspektdən müzakirə obyektinə çevrilməsilə nəticələnəcək.

Ərazidən istifadə edən vətəndaşlar aidiyyəti qurumlardan supermarketin küçədə yaratdığı labirintli, keçilməz vəziyyəti təcili şəkildə nəzarətə götürməsini və yaxın müddətdə həll etmələrini xahiş edir.
Səfər
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










